Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb siyasətçilərinin Moskva ilə Kiyev arasında danışıqların yalnız Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sonra başlaya biləcəyi ilə bağlı bəyanatlarını şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.
Qeyd edək ki, Lavrov bu cür bəyanatları şizofreniya adlandırıb.
Onun fikrincə, bu, gülünc nəzəriyyədir. Deməli, Ukraynanın uğurlu əks-hücum keçirməsini təmin edək və sonra Ukraynadan Prezident Vladimir Zelenskidən danışıqlara başlamasını xahiş edək.
Lavrova görə, bu bir növ şizofreniya məntiqidir.
Diplomat vurğulayıb ki, Rusiyanın məqsədi ölkənin təhlükəsizliyinə təhdidlərin "orada uzun illər, xüsusən də 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişindən sonra yığılıb qalmış" ərazisindən gəlməməsini təmin etməkdir.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı yayda başlaya bilər. Daha sonra o, əməliyyatın yaxın vaxtlarda həyata keçiriləcəyini açıqlayıb. O, məqsədlərini açıqlayıb və vurğulayıb ki, Kiyev Krım və Donbass ərazilərini ələ keçirmək və ölkənin 1991-ci il sərhədlərini qaytarmaq niyyətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB