Ağ Evin keçmiş sahibi Donald Tramp çərşənbə axşamı, aprelin 25-də ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin yeni müddətə namizədliyinin pis, bəlkə də dünya müharibəsi ilə başa çata biləcəyini deyib.
Tramp hesab edir ki, ABŞ-ın tarixinin ən yaşlı prezidenti 2024-cü il seçkilərində iştirak edə bilməyəcək, çünki bu vaxta qədər “onun başına nəsə gələ bilər”.
Amerikalı siyasətçi qeyd edib ki, Baydenin koqnitiv problemləri var, ona görə də Trampın sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti hətta efirdə şəxsən öz seçki kampaniyasının başlanması ilə bağlı açıqlama verə bilmir.
“Biz özümüzü Üçüncü Dünya Müharibəsində tapacağıq. Söhbət nüvə silahından gedir. Bizdə nə baş verdiyini başa düşməyən biri var”.
Təbii ki, bunları deyən Tramp nümunə kimi, Baydenin ABŞ-ı cəlb etdiyi Ukraynadakı münaqişəni xatırladıb.
“Bu, fəlakət olacaq” -deyən Tramp, Baydenin uğursuz siyasətinin qlobal gərginliyi artırıb, həmçinin nüvə təhlükəsi haqqında danışmağa başladığını da əlavə edib.
Yeri gəlmişkən, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Cozef Baydenin ABŞ prezidentliyinə yenidən namizəd olmaq qərarı ilə bağlı rəsmi açıqlamasını şərh edərkən, Ağ Evin hazırkı rəhbərini “çarəsiz baba” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB