Ruslar uşaqlardan canlı qalxan kimi istifadə edirlər?

Ruslar uşaqlardan canlı qalxan kimi istifadə edirlər?

Mariupol bölgəsinin müvəqqəti işğal olunmuş Urzufe kəndində ruslar uşaq düşərgəsinin ərazisinə 200 əsgər yerləşdiriblər. Bu, uşaqları canlı qalxan kimi istifadə etmək və özlərini hücumlardan qorumaq üçün edilir.

Baş Qərargahın aprelin 25-nə axşam yaydığı məlumatda deyilir ki, düşmən müvəqqəti işğal olunmuş və işğal olunmuş ərazilərimizin uşaq təhsil müəssisələrindən öz məqsədləri üçün istifadə etməkdə davam edir.

Onlar uşaq təhsil müəssisələrində öz hərbi obyektlərini təchiz edir, uşaq və pedaqoji heyətdən ibarət canlı qalxan arxasında gizlənirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, gecə saatlarında ruslar Xerson vilayətinin Skadovski rayonunun Kardaşinka kəndindəki evlərdə axtarış apararaq mülki şəxslərin məişət texnikası və avtomobillərini əllərindən alıblar.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki mülki əhalinin praktiki olaraq tibbi xidmət ala bilmədikəri, əksər xəstəxanalarda yalnız Rusiya hərbçilərinin qəbul edildiyi bildirilirdi.

…Novaya Kaxovka yaxınlığında isə ruslar “insan qalxanı” ilə vurulmaqdan qorumaq üçün yaşayış məntəqələri arasında hava hücumundan müdafiə sistemlərini yerləşdirdilər.

Bunu da Ukrayna saytları yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə