Cənubi Afrika Respublikasının hakim Afrika Milli Konqresi partiyası Cənubi Afrikanı Beynəlxalq Cinayət Məhkəməsindən çıxarmaq qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə göstərişi ölkə prezidenti Siril Ramafosa çərşənbə axşamı bildirib.
“Bəli, hakim partiya Cənubi Afrikanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasının ehtiyatlı addım olacağı qənaətinə gəlib”.
Qeyd edək ki, Ramafosa səfərdə olan Finlandiya prezidenti ilə birgə mətbuat konfransında deyib.
Məsələ bundadır ki, ötən ay Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Bu o demək idi ki, builki BRİKS sammitinə ev sahibliyi edən Pretoriya (Cənubi Afrikanın inzibati paytaxtı-A.B.) Putinin görüşə gəlişini gecikdirməli olub.
Qeyd edək ki, Pretoriyanın Moskva ilə onilliklər boyu sıx əlaqələri var. Kreml vaxtilə Afrika Milli Konqresinin aparteid rejiminə qarşı mübarizəsini dəstəkləyib.
Onu da qeyd edək ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Cənubi Afrika tərəfi Moskvanın hərəkətlərini bir dəfə də olsun açıq şəkildə qınamayıb. Belə ki, bu ölkə neytral qalmaq və silahlı münaqişəyə son qoymaq üçün dialoqa üstünlük verəcəyini bildirib.
Siril Ramafosa, Cənubi Afrikanın vasitəçi rolunu təmin etmək üçün qoşulmayan mövqe tutduğunu və Putinlə bir neçə dəfə danışdığını və danışıqların zəruri olduğunu təkid etdiyini söyləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə