Mustafa Şentop Rum icmasının məclis sədrinə reaksiya verib

Mustafa Şentop Rum icmasının məclis sədrinə reaksiya verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Kıbrıs (Kipr) Rum Rəhbərliyinin Parlament sədri Annita Dimitriunun Türkiyenin Kıbrıs Sülh Hərəkatını "işğal" kimi səciyyələndirməsinə reaksiya verib.

SİA-nın əldə etdiyi məlumata görə, Şentop Avropa İttifaqı (Aİ) Parlament Sədrləri Zirvə toplantısında Dimitriunun Türkiyəyə qarşı əsassız və qanunsuz ittihamlar irəli sürdüyünü, Türkiyənin 1959-cu ildə Kıbrıs Cümhuriyyətini quran Sürix və London razılaşmalarında qarant ölkə kimi hüquqlarından istifadə edərək soydaşlarını bir qətliamdan qorumaq üçün Kıbrısa getdiyini bildirib.

Şentop Türkiyənin adada sülh və təhlükəsizliyi təmin etdiyini vurğulayaraq deyib:

“1974-cü ildə Türkiyənin Kıbrısa müdaxiləsini Rusiyanın Ukraynaya müdaxiləsi ilə müqayisə etmək həqiqətlərin çox ucuz təhrifidir”.

Şentop Sülh Hərəkatının beynəlxalq hüquqa uyğun olaraq 1959-cu il Sürix və London razılaşmaları ilə Türkiyəyə verilən qarant səlahiyyətinin tələbi olduğunu ifadə edib.

"Bu gün bir çox kıbrıslı rum da 1974-cü ildən əvvəl türklərin məruz qaldığı qırğın və soyqırımın yanlış olduğunu dilə gətirir. Sonrakı prosesdə həm Türkiyə, həm də Kıbrıs türkləri ədalətli həllə hazır olduqlarını həmsöhbətlərinə çatdırdılar.

Əslində, 2004-cü ildə BMT-nin himayəsində keçirilən referendumda da göründüyü kimi, Kıbrıs türkləri həll yolunu təsdiq etmiş, Rum tərəfi isə iki icmanın sülh və birgə yaşama iradəsini rədd etmişdir. Bu arada bildirmək istərdim ki, Aİ Kıbrıs türkləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Bu iddiaların hələ də burada danışılması mənim sözlərimə sübutdur ki, Aİ iclasları bu cür qeyri-real yanaşmaların əsiridir və Aİ-nin strateji perspektivini inkişaf etdirməsinə mane olur”, -deyə Şentop qeyd edib.

Rum Rəhbərliyinin Parlament sədri Dimitriunun "İşğal işğaldır" sözləri qarşısında Şentop yenidən çıxış edərək deyib ki,

"1974-cü il iyulun 15-də Kıbrısda hərbi çevriliş oldu. Çevrilişdə iştirak edənlər Kıbrıs adasını Yunanıstana birləşdirməyi hədəfləyən Enosis üzvləri idi.

Türkiyə minlərlə türkün öldürülməsinə beynəlxalq müqavilələr və qanunlar əsasında müdaxilə etmək məcburiyyətində qaldı..

O vaxtdan bəri adada qan tökülməyib və sülh davam edir.

Türkiyə hələ də qüvvədə olan 1959-cu il müqaviləsinə əsaslanaraq, qarant gücündən istifadə edərək adada türklərə qarşı qırğınların qarşısını almaq üçün müdaxilə etmişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə