PKK/KCK-PYD/YPG terror təşkilatına ağır zərbə endirilib

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat həyata keçirib.
PKK/KCK-PYD/YPG terror təşkilatına ağır zərbə endirilib

Təhlükəsizlik mənbələrindən yayılan məlumata görə əməliyyat zamanı terror təşkilatı PKK/KCK-PYD/YPG-nin Raqqa üzrə dırnaq arası idarəçisi Mehmet Sarı zərərsizləşdirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

2014-cü ildə Türkiyədəki terror fəaliyyətlərindən sonra Suriyaya gedərək xain fəaliyyətlərinə Raqqada davam edən “Baran Kurtay” ləqəbli terrorçu Sarı, aprelin 14-də MİT-in Suriyanın Qamışlı bölgəsində təşkil etdiyi əməliyyatda zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə