Medvedev nüvə müharibəsi riskinin artacağı barədə xəbərdarlıq edib
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yeni dünya müharibəsinin başlanacağını istisna etməyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu rusiyalı siyasətçi Bilik Cəmiyyətinin marafonunda deyib.
Dmitri Medvedev hesab edir ki, yeni dünya müharibəsi ehtimalı mövcuddur, lakin indiki reallıqlarda belə onun qarşısını almaq olar.
“Dünya xəstədir və çox güman ki, yeni dünya müharibəsi astanasındadır. Bu qaçılmazdır? Xeyr, belə deyil”, - deyə siyasətçi bildirib.
Eyni zamanda Medvedev vurğulayıb ki, imperiyalar heç vaxt sonradan hərbi münaqişələr olmadan dağılmayıb, buna baxmayaraq, Sovet İttifaqı bir dövlət kimi dağıldıqdan sonra 30 il ərzində sülh qorunub saxlanılıb. Lakin Rusiya sülhü qorumağa nə qədər çalışsa da, amma kollektiv Qərb yenə də onu müharibəyə apara bildi.
Medvedevə görə, son 30 ilə yaxın müddətdə Rusiya guya müharibədən qaçmağa çalışıb, amma buna baxmayaraq, Rusiyaya müharibə kənardan tətbiq edilib.
Maraqlıdır ki, Medvedev bunu bir tərəfdən SSRİ-nin dağılması nəticəsində, digər tərəfdən, vətəndaş müharibəsinin hibrid formasında görür.
...Qeyd edək ki, burada Rusiyanın eks-prezidenti nüvə münaqişəsi təhlükəsinin artmasına baxmayaraq, belə bir ssenarinin həyata keçirilməsindən qorunmağın mümkünlüyünü bildirir.
Bunun üçün bütün dünya birliyinin səyləri tətbiq olunmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB