İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən bildirir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi İndoneziyanın "Sumatra" adasının qərbində 7,3 bal gücündə zəlzələnin baş verdiyini və sunami xəbərdarlığı edildiyini açıqlayıb.
ABŞ Geoloji Araşdırma Mərkəzi isə zəlzələnin 7,1 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələdə can və mal itkisi ilə bağlı hələlik heç bir məlumat bildirilməyib.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB