Özbəkistan XİN-ə yeni rəhbər təyin olundu

Özbəkistan XİN-ə yeni rəhbər təyin olundu

Özbəkistanın yeni xarici işlər naziri təyin edilib. SİA Özbəkistan mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Şavkat Mirziyoyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifəyə Baxtiyor Saidov təyin olunub.

Qeyd edək ki, B.Saidov 2022-ci ilin dekabrından XİN rəhbərinin vəzifələrini müvəqqəti olaraq icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə