Kadırov qardaşı oğluna vəzifə verdi

Kadırov qardaşı oğluna vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Hamzat Kadırova vəzifə verib. SİA xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

Hamzat Kadırov Çeçebistan rəhbərinin təhlükəsizlik qurumları üzrə müşaviri təyin edilib.

“Əminəm ki, o, strukturlar arasında operativ qarşılıqlı əlaqəni təmin etmək üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - Kadırov yazıb.

Bundan əvvəl fevralın 1-də Çeçenistan rəhbəri 26 yaşlı qardaşı oğlu Hamzat Kadırovu respublikanın baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edib. O, Çeçenistan baş nazirinin müavini vəzifəsinə gəlməzdən əvvəl Çeçenistanın idman naziri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə