Bu arada Moskva vilayətinin Pavlovski Posad şəhər rayonunda iki paraşütlü daha bir pilotsuz uçuş aparatı aşkar edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Beləliklə, ölçüsü 2x2 metr olan və iki paraşütlə təchiz edilmiş pilotsuz təyyarə “Rodniçok” SNT-də şəxsi sahəyə düşüb. Düşməzdən əvvəl pilotsuz uçuş aparatı hələ bir kəndinin üzərində dövrə də vurub.
Qeyd edək ki, pilotsuz uçuş aparatı düşən zaman paraşütlər açılıb ki, bu da düşməni yumşaldıb, yəni aparat elə də “xəsarət” almayıb. Hazırda pilotsuz uçuş aparatının sahibi müəyyən edilir.
Maraqlıdır ki, hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, pilotsuz uçuş aparatında heç bir partlayıcı qurğu –filan aşkar edilməyib.
...Bundan əvvəl məlum olub ki, Moskva vilayətində qəzaya uğrayan təyyarə tipli pilotsuz uçuş aparatı, çox güman ki, peyk naviqasiyasına əlavə olaraq, elektron təzyiq şəraitində işləyən xüsusi inertial istiqamətləndirmə sistemi ilə təchiz edilibmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB