Ukraynanın tərəfdaş ölkələrdən aldığı “MiQ-29” təyyarəsi müharibənin aparılması üçün vacib olsa da, hava üstünlüyünün qazanılmasına imkan verməyəcək. Bunun üçün Ukrayna ordusuna daha müasir təyyarələr lazımdır - məsələn, “F-16” qırıcıları.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, “Kanal 24”- ə danışan Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat, hazırda rus təyyarələrinin sayınının Ukrayna təyyarələrindən 5-6 dəfə üstünlüyə malik olduqlarını bildirib.
Bundan əlavə, İqnat görə, texniki cəhətdən də Rusiya radarları Ukraynanın “MiQ” və “Su” təyyarələrinə şans yeri qoymayacaq.
“Əgər müharibənin ilk günlərində hələ də hava hücumundan müdafiə örtüyünə ümid etmək mümkün olsaydı, indi düşmən təmas xəttində ciddi doyma var. Belə ki, onlar bizim təyyarələri üç dəfə uzaqdan görürlər və hətta daha da uzaq məsafəli raketlərə də malikdirlər.
Ona görə də, yenə də İqnatın fikrincə, bu şəraitdə ən optimal variant “F-16”-lara sahib olmaqdır.
İqnata görə, Ukraynaya lazım olan qırıcı təyyarələrin sayı bilavasitə döyüş zamanı texniki xidmət və işi təmin etmək üçün döyüş qabiliyyətindən asılıdır. Amma bunu müharibə zamanı etmək o qədər də asan deyil.
Hazırda Ukraynaya kifayət qədər, təqribən 4-5 briqada təyyarə lazım olduğunu deyən ukraynalı hərbçi, qələbədən sonra Ukraynaya güclü aviasiya qrupu və donanmanı müasir modellərlə təkmilləşdirmək imkanının lazım olacağını da bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB