“Qərb azlığı özünü layiqli aparmalıdır”

“Qərb azlığı özünü layiqli aparmalıdır”

Qərb azlığı özünü layiqli aparmalıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri aprelin 24-də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov deyib.

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Sergey Lavrov, heç kimin kollektiv Qərb ölkələrinə bütün bəşəriyyət adından danışmaq hüququ, başqa ölkələrə “demokratiya” anlayışını sırımaq hüququnun vermədiyini deyib.

Təbii ki, Lavrov, Ukraynada dövlət çevrilişi və vəziyyətin sabitliyini pozmaqda da Qərbi “ittiham edib”.

“Gəlin hər şeyi öz adıyla çağıraq: heç kim Qərb azlığına bütün bəşəriyyət adından danışmağa imkan verməyib”, -deyən Lavrov, Amerika və Avropa siyasətçilərinin öz mənafeləri naminə beynəlxalq hüquq normalarını pozduğunu, mövcud beynəlxalq prinsipləri seçici şəkildə tətbiq etdiklərini bildirib.

Buna görə də Lavrov Qərb azlığına özünü layiqli aparmağı və dünya birliyinin bütün üzvlərinə hörmətlə yanaşmağı tövsiyə edib: “Biz özümüzü layiqli aparmalıyıq və beynəlxalq birliyin bütün üzvlərinə hörmət etməliyik”.

Xatırladaq ki, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında əsas müzakirə mövzusu səmərəli çoxtərəflilik və BMT Nizamnaməsinin prinsiplərinin qorunması olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə