...Ukrayna prezidenti Vladimir Zelenski bu yay ərazilərin itirilməsi ilə bağlı çətin qərar qəbul etməli olacaq, çünki Ukrayna Silahlı Qüvvələrinin gözlənilən hücumu elə də uğurlu olmayacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu britaniyalı müdafiə eksperti Şon Bell “Sky News” üçün yazdığı məqaləsində bildirib.
Bellin fikrincə, ABŞ hakimiyyəti Ukrayna liderini bu çətin qərarı verməyə məcbur edəcək və daha sonra Rusiya ilə sülh sazişi bağlamağı təklif edəcək.
İngilis ekspertin iddiasına görə, Ukrayna qüvvələri ələ keçirmək və mövqe tutmaq üçün kifayət qədər güclü olmayacaqlar. O vurğulayır ki, istənilən hücum Ukrayna qüvvələrini dərhal tükəndirəcək və onları yaxşı hazırlanmış rus bölmələrinə qarşı həssas vəziyyətdə qoyacaq.
Ekspert iddia edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma keçə biləcək, lakin yayın sonuna qədər döyüş qabiliyyətini itirəcək və bu, danışıqlar üçün ideal vaxt olacaq.
Yeri gəlmişkən, bu arada Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunun hücum briqadalarının silahlanması və təchiz edilməsinə cavabdeh olacaq on əks-hücum kuratorunun təyin etdiyi məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB