Moskvanın Vnukovo hava limanı üzərindəki hava məkanı şübhəli pilotsuz uçuş aparatına görə müvəqqəti olaraq bağlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 24-də aviasiya dairələrindəki mənbəyə istinadən “RİA Novosti” məlumat yayıb.
TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına naməlum təyyarə barədə məlumat daxil olub və səma təhlükəsizlik məqsədilə bağlanıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, paytaxt səması üzərində səmada pilotsuz uçuş aparatının olması ehtimalı barədə məlumat bazar ertəsi, aprelin 24-də daxil olub. Təhlükəsizlik məqsədilə dərhal hava məkanı bağlanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Hazırda hadisə araşdırılır.
Maraqlıdır ki, Vnukovonun mətbuat xidməti səmanın bağlanmasını təkzib edib.
“Vnukovo hava limanı hazırda normal rejimdə işləyir. Hava məkanı açıqdır”.
Vnukovodan bunu bəyan edənlər əsas kimi aeroportdakı onlayn tablonu göstəriblər. Belə ki, onlayn tabloya əsasən hava limanı təyyarələri həm qəbul edir, həm də göndərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB