“Bu qazın ölkəmizə verəcəyi mənfəətlə gələcəyimizə sərmayə qoyacağıq”
Bursanın Gemlik qəsəbəsində xalqa müraciət edən Ərdoğan Qara dəniz qazı ilə bağlı bunları deyib...
Prezident Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının Türkiyəyə verəcəyi qazancla gələcəyə sərmayə qoyacaqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Bursanın Gemlik qəsəbəsində xalqa müraciət edən Ərdoğan Qara dəniz qazı ilə bağlı bunları deyib: “Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan bu qazın ölkəmizə verəcəyi mənfəətlə gələcəyimizə sərmayə qoyacağıq.
Ölkəmizin sənayesi, kənd təsərrüfatı, enerji və infrastrukturunu genişləndirmədən süfrəmizə qoyduğumuz çörəyi yetişdirə bilmərik. “Türkiyə əsri” ilə nail olacağımız budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB