Bu arada Astananın cinayət işləri üzrə rayonlararası ixtisaslaşdırılmış məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimovu 18 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir.
Beləliklə, Məsimov dövlətə xəyanətdə (Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsi), hakimiyyəti zorla ələ keçirmədə (Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadədə (CM-nin 362-ci maddəsi) təqsirli bilinib.
18 il müddətinə azadlıqdan məhrum edilən Məsimovun əmlakı müsadirə olunmaqla yanaşı bundan sonra dövlət qulluğunda vəzifə tutma hüququndan da ömürlük məhrum edilib.
İş üzrə digər təqsirləndirilən şəxslər - Məsimovun müavinləri Sadıkulov, Yerqojin və Osipov 3 ildən 16 ilədək həbs cəzası alıblar. Onlar titullardan və dövlət mükafatlarından məhrum ediliblər.
Proses gizlilik şəraitində aparıldığı üçün bağlı qapılar arxasında keçirilib. Bu il yanvarın əvvəlində, yanvar hadisələrinin ildönümündə Qazaxıstanın baş prokuroru Berik Asılov bildirmişdi ki, yanvarın 5-də Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov və onun müavini müdafiəni tərk etmək barədə göstəriş veriblər. Almatı, Qızılorda və Cambil vilayəti polisinin binalarından üç minə yaxın silah oğurlanıb, onların əksəriyyəti indiyədək tapılmayıb.
Qeyd edək ki, Kərim Məsimov 2022-ci il yanvarın 6-da Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı DTX tərəfindən saxlanılıb. Daha sonra onun keçmiş müavinləri saxlanılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB