...Elə bunu da tacik saytları yazır

...Elə bunu da tacik saytları yazır

Tacikistanın hərbi hissələrindən birində çağırışçıların vəhşicəsinə döyülməsini əks etdirən video sosial şəbəkə istifadəçilərinin qəzəbinə və qınağına səbəb olub. Maraqlıdır ki, hələlik bu videoya rəsmi olaraq cavab verilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, aprelin 24-də internetdə xidmətə gətirilən gənc əsgərlərin “dedovşina”lar tərəfindən vəhşicəsinə döyülməsinin videosu yayılıb.

Videonun nə vaxt, harada və kim tərəfindən çəkildiyi hələlik məlum deyil.

Tacikistanın güc strukturlarından hansının bölməsində gənc əsgərlərin vəhşicəsinə döyülməsi məlum deyil: videoda tacik hərbçilərinin adətən geyindiyi forma aydın görünür, lakin hərbi bölmənin fərqlənmə nişanı görünmür.

Qeyd edək ki, 50-ci illərdə sovet ordusunda meydana çıxan “dedovşina”nın bu gün Tacikistan ordusunda “çiçəkləndiyi” görünür.

Qeyd edək ki, bu gün Tacikistanda təxirəsalınmaz hərbi xidmətə yaz çağırışı keçirilir. Hakimiyyətin dediyinə görə, son illər ölkədə vətənə xidmət etmək istəyən könüllülərin sayı xeyli artıb. Bunu tacik saytları yazır.

Amma, burada bir “no!”

...Xidmət üçün lazımi şəraitin olmaması, əsgərlərlə kobud rəftar və “dedovşina”lar, eləcə də gənclərin xidmət zamanı həlak olması hələ də gənclərin Tacikistan ordusunda xidmət etmək istəməməsinin əsas səbəblərindəndir. Tacikistan hökuməti BMT-nin İnsan Haqları Komitəsinə göndərdiyi hesabatda bildirib ki, 2019-2021-ci illər ərzində 100-dən çox əsgər əsasən orduda “dedovşina” nəticəsində həlak olublar.

Elə bunu tacik saytları yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə