Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

Qeyd olunub ki, yeraltı təkanları rayon sakinləri hiss ediblər.

Məlumata əsasən, zəlzələnin maqnitudası 4,3, episentri isə 16,9 km dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə