Beləliklə, Rusiya Federasiyasının Moskva vilayətində Noqinsk yaxınlığındakı Vorovski adına kənddə Ukraynaya məxsus və özü də partlayıcı ilə doldurulmuş pilotsuz uçuş aparatı aşkar edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bazar ertəsi, aprelin 24-də, “Mash” Telegram kanalı xəbər verir.
Qeyd edək ki, “Mash”ın müəllifləri Ukraynanın “UJ-22 Airborne” təyyarəsinə bənzəyən pilotsuz təyyarənin qalıqları ilə video yayımlayıblar. Pilotsuz uçuş aparatını Moskva yaxınlığındakı kəndin yerli sakinləri aşkar ediblər. Təyyarənin qalıqları aşkar edildikdən dərhal sonra xüsusi xidmət orqanlarına zəng vurulub və ərazi o dəqiqə mühasirəyə alınıb.
Tapılan pilotsuz uçuş aparatının Kanada istehsalı olan M112 partlayıcı yüklə doldurulduğu deyilir.
Onu da qeyd edək ki, uçuş aparatı bazar günü günortadan sonra ağacların üzərinə düşüb. Dronun kütləsi təxminən 85 kiloqram, qanadlarının genişliyi isə 3 metrdir.
Ehtimallara görə, uçuş sürəti 180 km/saat çata bilir, uçuş aparatı təxminən 800 km məsafəni qət edə bilər.
“Mash” müəlliflərinin fikrincə, partlayıcı aparatın Ukrayna ərazisindən buraxıldığını deməyə əsas verir.
Maraqlıdır ki, hadisə ilə bağlı Rusiya hakimiyyətindən hələlik heç bir rəsmi məlumat və şərh yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB