Qazaxıstan 4 günlük iş həftəsinə keçir

Qazaxıstan 4 günlük iş həftəsinə keçir

Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib. SİA xəbər verir ki, qanun iyul ayından tətbiq edilməyə başlayacaq. Bununla bağlı Əmək Məcəlləsinə də müvafiq dəyişiklik edilib. Qanuna görə, zəruri hallarda müəssisələr 4 günlıük iş həftəsi tətbiq edə bilər.

İstər 4, istərsə də 5 günlük iş həftəsində bazar istirahət günü hesab olunur. 4 günlük iş həftəsində digər istirahət günləri kollektiv müqavilə ilə müəyyən edilir.

Yeni qanun istehsalın dayandırılması mümkün olmayan müəssisələrə şamil edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə