Bir Patriot diviziyası Ukraynaya gətirilib, qalanları yoldadır...

Bir Patriot diviziyası Ukraynaya gətirilib, qalanları yoldadır...

Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonun efirində indiyədək “Patriot” zenit-raket kompleksinin vəd edilmiş bölmələrindən birinin Ukraynaya gətirildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, O, əlavə edib ki, gətirilən “Patriot” artıq döyüş vəzifəsini yerinə yetirməyə başlayıb.

İqnatın dediyinə görə, artıq bir neçə gün əvvəl bölmələrdən biri təhvil alınıb. Bizə veriləcək qalanlar artıq öz mövqelərinə doğru gedirlər. Ümid edək ki, yaxın vaxtlarda xüsusilə də rus təyyarələrinə qarşı müəyyən nəticələr olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə