“Yageo” şirkəti Şimali Makedoniyaya 205 milyon avro sərmayə yatıracaq
Dünyanın üçüncü ən böyük çoxqatlı keramika kondensatorları tədarükçüsü olan Tayvanın “Yageo Corp” şirkəti növbəti 10 il ərzində Şimali Makedoniyaya ümumilikdə 205 milyon avro məbləğində investisiya yatırmağa qərar verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şirkət qlobal genişlənmə siyasətinin bir hissəsi olaraq Şimali Makedoniyanın paytaxtı Skopye və ölkənin şərqdəki Ştip şəhərində texnoloji sənaye zonalarında yeni müəssisələr inşa edəcək. Bu, Şimali Makedoniya müstəqillik əldə etdikdən sonra ölkənin ən böyük yaşıl investisiya layihəsi olacaq və təxminən 3900 nəfər üçün iş yeri yaradılacaq.
Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski xarici sərmayə qoyuluşunun ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB