Bazar ertəsi, aprelin 24-dən Rumıniya Gömrük Xidməti Ukraynadan başqa ölkələrə tranzit keçən kənd-ərzaq yüklərinin möhürlənməsinə başlayacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Kənd Təsərrüfatı Nazirliyi izah edib ki, tədbirlər Ukrayna taxılının axını ilə əlaqədar çətinliklərlə üzləşən rumıniyalı fermerləri qorumaq üçün görülüb.
Kənd təsərrüfatı naziri Petre Daya Rumıniyalı fermerlərin zərərinə olmayacağı təqdirdə ölkəsinin ticarət sahəsində Ukraynaya dəstəyi davam etdirməyə hazır olacağını bildirib.
Yeri gəlmişkən, Polşa və Macarıstan yerli fermerlərin etirazları fonunda Avropa bazarına rüsumsuz daxil olan Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını dayandıracaqlarını bəyan ediblər.
Belə ki, Slovakiya Ukraynadan taxıl və digər fərdi məhsulların idxalını dayandırdığını elan edib. Bir gün əvvəl Bolqarıstanın da Ukrayna taxılının idxalına müvəqqəti qadağa tətbiq etmək imkanını nəzərdən keçirdiyi bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB