Nigeriyanın Nasarava əyalətində silahlı hücumlar nəticəsində 12 nəfər ölüb.
Nasarava əyalətinin Tattara Mada bölgəsində heyvandarlıqla məşğul olan Fulani üzvləri hücumlar həyata keçirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hücum zamanı 12 nəfər həyatını itirib və hazırda çox sayda yaralı olduğu deyilir.
Nasarava əyalətinin qubernatoru Abdullahi Sule hücumu pisləyib.
Sule təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB