Türkiyənin ən böyük hərbi gəmisi ''TCG Anadolu''nu görmək istəyən vətəndaşlar İstanbul Sarayburnu limanına axın edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
İçində dünyanın ilk silahlı pilotsuz uçuş aparatının (SİHA) da yer aldığı gəminin lövbər saldığı Sarayburnu limanına gedənlər qruplar şəklində hərbi personalın rəhbərliyində gəmini gəziblər.
Ziyarətçilər birinci mərtəbədəki tanklara, quru maşınlarına böyük maraq göstərib. Gəminin 5-ci mərtəbəsində yerləşən uçuş aparatları da böyük marağa səbəb olub.
Qeyd edək ki, aprelin 17-dən etibarən gəmini 61 min 231 adam gəzib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB