Rusiya dövlət dəyişməyənə qədər və ya kiçik dövlətlərə parçalanana qədər Ukraynada müharibə bitməyəcək.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu yerli televiziyaya müsahibəsində Estoniya Müdafiə Qüvvələrinin baş komandanı general Martin Herem deyib.
O bildirib ki, müasir Rusiyada yüzlərlə əsgərin cəbhədə həlak olması itki kimi deyil, güc və qüdrət əlaməti kimi qəbul edilir. Heremin sözlərinə görə, ruslar bu itkilərə əhəmiyyət vermir, amma “dövlət”in ukraynalılardan biabırçı zərbələr alması tamam başqa məsələdir.
“Rusiya tamamilə dəyişməyincə, mən bu münaqişənin sonunu görmürəm. Bu, artıq Rusiya, hər şeyi etməyə haqqı olduğunu düşünən böyük və güclü bir ölkə olmamalıdır. Rusiya kiçik, elə də gücə və ambisiyaya malik olmayacaq dövlətlərə parçalanmalıdır”. Bu da Heremin fikirləridir.
Ukraynanın Almaniyadakı keçmiş səfiri, indi isə xarici işlər nazirinin müavini Andriy Melnikin sözlərinə görə, bu il Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməsi üçün Qərbin silah təchizatını 10 dəfə artırması lazımdır. O, Ukraynanın tərəfdaşlarını bütün süni qırmızı xətləri keçməyə və öz ÜDM-nin 1 faizini Ukrayna ordusunun silah təchizatına ayırmağa çağırıb.
Yeri gəlmişkən Rusiya tərəfi qələbə qazanacağı təqdirdə digər ölkələrə qarşı təcavüzünü davam etdirəcəyini də gizlətmir.
Məsələn Rusiya Dövlət Dumasının deputatı Anatoli Vassermanın sözlərinə görə, Ukraynadan sonra Rusiya üçün növbəti vəzifə NATO bloku tərəfindən yaradıldığı iddia edilən Serbiyanın ətrafındakı “blokadanı yarmaq” olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB