Müvəqqəti olaraq işğal olunmuş Krımda yaşamağa və dincəlməyə adət etmiş Rusiya Federasiyasının vətəndaşları artıq bundan sonra hava hücumu xəbərdarlığının səslərinə öyrəşməlidirlər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın Cənubi Müdafiə Qüvvələrinin mətbuat katibi Natalya Qumenyuk telemarafonun efirindən bildirib.
Mətbuat katibinin sözlərinə görə, bu günə qədər Krımda artıq kifayət qədər oynaya bilən rusların oyunları burada bitəcək.
Qumenyukun sözlərinə görə, işğal olunmuş ərazilərdə qarşıdan gələn mövsüm artıq sadəcə kurort deyil, kənd mövsümü elan edilib.
...Ona görə də onlar hava hücumu barədə xəbərdarlıqların səslərinə öyrəşməlidirlər.
Qeyd edək ki, 2014-cü ildə Krım yarımadasını Rusiya ərazisi elan edən Rusiya, indi Ukrayna hərbçilərinin əks-hücumuna fəal şəkildə hazırlaşır.
Müharibə səbəbindən ruslar artıq Ukraynanın işğal olunmuş ərazisində dincəlmək istəmirlər. Ən məşhur Krım otelləri böyük endirimlər və hissə-hissə yaşayış üçün ödəniş təklif etsə də, amma gələn yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB