Parisdə rusiyalı nazirin milyoner arvadına qarşı sanksiya tələb olunur
Bu gün xeyli insan Parisdə Beynəlxalq Antikorrupsiya Fondundan Aleksey Navalnının tərəfdarlarının təşkil etdiyi piketə gəliblər. İştirakçılar Korrupsiyaya Qarşı Mübarizə Fondunun bu yaxınlarda araşdırma apardığı iş qadını Svetlana Manioviçə qarşı Avropa sanksiyalarının tətbiq edilməsini tələb ediblər.
Sanksiya tətbiqi müəllifləri iddia edirlər ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanovun keçmiş arvadı Manioviçin ərindən boşanması uydurmadan başqa bir şey deyil.
SİA-nın əldə etdiyi məlumata görə, İvanov Rusiya Müdafiə Nazirliyinin əmlak idarəçiliyinə və tikinti sektoruna nəzarət edir. Xüsusilə də işğal altında olan Mariupolda tikinti işlərinə nəzarət ona həvalə olunub. Qərb ölkələri İvanovun Ukraynaya qarşı müharibədəki rolu ilə əlaqədar ona qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, Piket Manioviçə məxsus mənzilin yerləşdiyi evin yaxınlığında keçirilib. Orada Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbərləri Mariya Pevçix və Ruslan Şavəddinov da iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasında qeyd edildiyi kimi, Svetlana Manioviç “sərvət saçır”, brilyantlara, xəzlərə sahibdir və Rolls-Royce sürür, həmçinin ayda 150 min avroya Saint-Tropezdə villa icarəyə götürür. O, İsrail pasportu ilə Fransada yaşayır.
“Müdafiə nazirinin müavininin arvadı Avropada yaşayır, əri isə Ukraynada insanları öldürür və ondan pul qazanır”- deyən Navalnının tərəfdaşları Manioviçin hələ də Fransada olduğunu, hətta bu yaxınlarda dəbdə olan Kurşevel dağ kurortunda görüntüləndiyini bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB