Türkiyənin ilk yerli və milli “Gökbey”i yüksəklərə qaldırıldı

İ.Dəmir sözügedən mövzu ilə bağlı sosial media hesabında yazıb...
Türkiyənin ilk yerli və milli  “Gökbey”i yüksəklərə qaldırıldı

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir ilk yerli və milli vertolyot mühərriki olan TS1400-ün sınaq uçuşunda ilk orijinal “Gökbey” helikopterini uçurduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İ.Dəmir sözügedən mövzu ilə bağlı sosial media hesabında yazıb: "Türkiyə müdafiə sənayesində əhəmiyyətli bir mərhələ. Sevimli millətimizə bayram hədiyyəsi. İlk yerli və milli vertolyot mühərrikimiz olan TS1400 ilk orijinal helikopterimiz “Gökbey”i sınaq uçuşunda havaya qaldırdı. Mühəndislərimizə halal olsun."

Bütün xəbərlər Facebook səhifəmizdə