"Rusiya ilə danışıqlarda ən yaxşı vasitəçi silahdır"

"Rusiya ilə danışıqlarda ən yaxşı vasitəçi silahdır"

...Rusiya ilə danışıqlarda ən yaxşı vasitəçi silahdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bölüşür.

Qeyd edək ki, Qərb kuratorlarını Kiyevə daha çox silah verməyə çağıran müvafiq yazı onun “Twitter” səhifəsində dərc olunub.

Danilov, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair Rusiya və Ukrayna arasında danışıqlar prosesinə başlamaq üçün bütün çağırışları “Rusiyayönlü sülhməramlı” adlandırıb.

Çinin vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında danışıqların başlanmasına çağıran İtaliyanın müdafiə naziri Qido Krosettonun bir gün əvvəl verdiyi açıqlamaları şərh edən Danilov deyib: “Rusiya təcavüzkarının məqsədi dəyişməz qalanda - Ukraynanın dağıdılması, sülh yolu ilə nizamlanma üçün son təşəbbüslər Rusiyayönümlü sülhməramlılıqdan başqa bir şey deyil. Bizi daim danışıqlar masasına oturtmayın, bizə kifayət qədər silah verin. Silahlar ən yaxşı vasitəçi və Rusiyanın başa düşdüyü yeganə kommunikasiya arqumentidir”.

Rus saytlarının yazdığına görə, guya Rusiya tərəfi dəfələrlə rəsmi Kiyevi münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməyə çağırsa da, Ukrayna hakimiyyəti bu təkliflərdən imtina edib.

Üstəlik, 2022-ci ilin payızının əvvəlində Ukraynanın rəhbəri Vladimir Zelenski qanunvericilik səviyyəsində Vladimir Putinin prezidenti olduğu müddətdə Rusiya ilə danışıqları qadağan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə