İspaniyada güclü yanğın olub - ölən və xəsarət alanlar var

İspaniyada güclü yanğın olub - ölən və xəsarət alanlar var

İspaniyanın paytaxtı Madriddə italyan restoranında "Alovlu pizza” əyləncə mərasimində baş verən yanğın zamanı 2 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb ofisiantın pizzanı yandırarkən, alovun tavan bəzəklərinə keçməsi olub. Bundan sonra alov restoranı bürüyüb.

Madrid meri Luis Martinez-Almeyda ölənlərdən birinin restoran işçisi, digərinin isə müştəri olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə