Ukraynaya tədarükü nəzərdə tutulan 6 ədəd "Leopard" tankı İspaniyanı tərk edərək Kiyevə yola düşüb. SİA xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Tanklar yük gəmisinə yüklənib və dəniz yolu ilə Polşaya göndəriləcək. Ümumilikdə İspaniyanın təxminən 350 "Leopard 2" tankı var.
Qeyd edək ki, fevralın sonunda İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya 10 "Leopard 2" tankı göndərəcəyini açıqlamışdı. Lakin sonra o, hakim koalisiyadakı tərəfdaşlarının etirazları ilə üzləşib. Sol qanadın nümayəndələri bunun müharibəni qızışdıracağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB