Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bir sıra siyasi partiyalarına və Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam Ukrayna dövlət başçısının saytında dərc olunub.
Belə ki, siyahıya Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə Partiyası” və “Yeni İnsanlar Partiyası” daxildir.
Sənədə əsasən, sanksiyaya məruz qalan partiyaların və seçki komissiyasının aktivləri 10 il müddətinə bloklanacaq, ticarət əməliyyatları məhdudlaşdırılacaq və onların qiymətli kağızlarla əməliyyatlarına tam və ya qismən qadağa qoyulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB