Türkiyənin yerli istehsal "Altay" tankı aprelin 23-də keçirilən mərasim zamanı orduya təhvil veriləcək. SİA TRT-yə istinadən xəbər verir ki, ordu BMC şirkəti tərəfindən istehsal edilən iki tankla sınaqlara başlayacaq.
Tankların sınaqları başa çatdıqdan sonra kütləvi istehsal prosesi başlayacaq.
Tamamilə türk mühəndislər tərəfindən hazırlanan tank 12.7 mm və 7.62 mm silah sistemləri ilə təchiz olunub. Tankın hazırlanmasının ilkin mərhələsində 200-dən artıq atış icra edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB