Türkiyə son 4 gündə 21 terrorçunu məhv edib

Türkiyə son 4 gündə 21 terrorçunu məhv edib

Türkiyə ordusu İraqda daha 3 terrorçunu zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O qeyd edib ki, bununla da Suriya və İraqda son 4 gün ərzində zərərsizləşdirilən terrorçuların sayı 21-ə çatıb.

Nazir Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu vurğulayıb: "PKK imperialistlərin əlində bir vasitədir. Türkiyəni dayandırmaq üçün istifadə edilən bir vasitədir. Onu məhv etməkdə qərarlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə