Hüquqi inqilabla bağlı qarşıdurma “İsrailin yaranmasından bəri ən ciddi daxili böhrandır”. SİA-nın əldə etdiyi məlumata görə, unu prezident İshak Hersoq vəziyyətin gərgin olmasına baxmayaraq, istefaya getmək fikrində olmadığını qeyd edib.
İsrail prezidenti İshak Hersoq bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun koalisiyasının irəli sürdüyü hüquqi islahatları dəstəklədikdən sonra dəfələrlə istefaya çağırışlar eşidib, lakin bunu “əhalinin etimadından bəhrələndiyi üçün” etməyib.
Əhalinin bütün təbəqələri tərəfindən ona göstərilən böyük ictimai etimaddan istifadə etdiyini deyən ölkə prezidenti, ona hansı hərəkətləri edə biləcəyimlə bağlı müxtəlif təkliflər verildiyini də deyib.
Eyni zamanda, Hersoq qeyd edib ki, hüquqi inqilabla bağlı qarşıdurma “İsrailin yaradılmasından bəri ən ciddi daxili böhrandır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB