Priqojin üçün Baxmutu almaq niyə bu qədər önəm kəsb edir?

Bu gün o şəhər üçün sanki həyatı uğrunda mübarizə aparır
Priqojin üçün Baxmutu almaq niyə bu qədər önəm kəsb edir?

“Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Baxmut uğrunda sanki həyatı uğrunda mübarizə aparır, çünki, deyilənlərə görə, o bu ərazilərdə uğur qazana bilməsə...onu bitirəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri rusiyalı politoloq Dmitri Oreşkin deyib.

...Priqojin döyüşə girməyin lazım olduğuna inanan insanlar növünə aiddir və biz görəcəyik. Təbii ki, müharibədir. Bundan əlavə, Priqojin təkcə ukraynalılarçın deyil, elə Şoyqu və Gerasimov üçün də düşməndir və düşmən olaraq qalacaq. Lakin indi onlar əməkdaşlığa girməyə məcburdurlar, çünki bunsuz Baxmutu ala bilməzlər.

Priqojin Baxmutu götürə bilməsə, deməli, işini bitirib, bacararsa, özünü son bir ildə təkbaşına nəyəsə nail olmuş qalib kimi təqdim edəcək. Axı biz həqiqətən də başqa cəbhələrdə heç bir irəliləyiş görmürük, ən azı Baxmutda nəsə ehtimal olunur..?

Qeyd edək ki, politoloq Dmitri Oreşkin bunu “Espresso” telekanalının efirindən bəyan edib.

Oreşkinin fikrincə, Baxmutun işğalçılar üçün ələ keçirilməsi sırf ideoloji amildir, lakin strateji baxımdan bu o qədər də vacib deyil. Politoloq qeyd edib ki, ideoloji baxımdan Rusiyada şəhərin tutulması 1942-ci ildə Stalinqradın ölçüsünə qədər böyüyüb.

...Əgər Priqojin Baxmutu alırsa, deməli, onun gələcəyi var, ona görə də Baxmut uğrunda sanki həyatı üçün mübarizə aparır. Və yenə də öz həyasızlığının hüdudlarında gələcəyi var ki, “Ədalətli Rusiya” adlı partiyanı ələ keçirməyə çalışacaq.

Məhz buna görə də Putin onu bu "təmizləmə"yə saldı, çünki Priqojin ona bir insan kimi lazımdır.

Politoloq diqqəti ona yönəldib ki, Baxmutun tutulması halında belə, heç kim Kramatorsk, Slavyanskın tutulması və ya işğalçıların Donetsk vilayətinin inzibati sərhədlərinə daxil olması barədə danışmır, “çünki onlar artıq kilidləniblər.

“Bu mənada Priqojin Putinin Rusiyaya rəhbərlik etdiyi dövlətin diaqnozu kimi maraqlı personajdır”.

Oreşkin bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə