İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.
Həmçinin ikitərəfli və regional məsələlər müzakirə olunub.
Xarici işlər nazirləri telefon danışığında İran və Türkiyə prezidentlərinin salamlarını və təbriklərini çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB