Moskva yaxınlığındakı Ramenskoye sakini zibil yığınından qumbaraatan tapıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Həmin şəxsin supermarketin arxasında yerləşən zibil qutusuna karton və qutuları yığdığı dəqiqləşib. O, Amerikanın SMAW qumbaraatan olduğu ortaya çıxan qeyri-adi boruya diqqət çəkib.
“Zibil eşən” təqaüdçü polisə müraciət edib, tapıntı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb. Təhlükəsizlik qüvvələri silah və onun sahibi ilə bağlı təfərrüatları müəyyənləşdirəcək.
Aprelin əvvəlində Moskva vilayətinin İstra yaxınlığındakı meşə zolağında qumbaraatan olan qutunun tapıldığı barədə məlumat yayılmışdı. Silah Denkovo kəndindəki Kvant bağçılıq ərazidən bir qədər aralıda olub, onun sahibləri müəyyən edilməyib. Hadisə yerinə polis gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB