"Kiyevə yardım 10 dəfə artırılmalıdır"

"Kiyevə yardım 10 dəfə artırılmalıdır"

Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik deyib ki, Kiyevə hərbi yardım on dəfə artırılmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, b barədə o, Twitter hesabında yazıb.

“Biz hərbi yardıma görə müttəfiqlərimizə minnətdarıq. Lakin bu kifayət deyil. Ukraynaya 10 dəfə daha çox ehtiyac var”, o yazıb.

Bununla bağlı Melnik ukraynalı tərəfdaşları bütün “qırmızı xətləri” keçməyə və ÜDM-in bir faizini Kiyevə silah tədarükü üçün ayırmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl Melnik, Almaniya kansleri Olaf Şolzun Kiyevə silah tədarükü ilə bağlı siyasəti ziqzaq kursu adlandıraraq, “...halbuki o, Ukraynada bütün “qırmızı xətləri” çoxdan keçməli olduğunu” bildirmişdi.

Bundan əlavə, Melnik Almaniya hakimiyyətini bütün mövcud silah sistemlərini Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə