Braziliya prezidentinin Rusiya və ya Ukraynaya səfər üçün şərtləri
Bu arada Braziliya prezidenti Lula da Silva Rusiya və ya Ukraynaya səfər üçün şərtlərini bildirib.
Onun sözlərinə görə, səfər o zaman, iki ölkə arasında sülhə nail olmaq üçün şərait yaradılacağı təqdirdə mümkün olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, siyasətçinin sözlərini TASS sitat gətirir.
Silvanın fikrincə, ilk növbədə sülh yolu ilə həlli müzakirə etmək üçün bir neçə ölkənin nümayəndələrindən ibarət danışıqlar qrupu yaradılmalıdır. “Braziliya sülhə nail olmaq üçün bir yol tapmaq istəyir.
Çıxış yolunu döyüş meydanında axtarmaqdansa, danışıqlar masası arxasında axtarmaq daha yaxşıdır.
Braziliya lideri bildirib bunu.
Maraqlıdır ki, Braziliya prezidenti müşavirinin bir müddət əvvəl Vladimir Zelenski ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin braziliyalı həmkarı Luis İnasio Lula da Silvaya 2023-cü il iyunun 14-dən 17-dək Sankt-Peterburqda keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün dəvət məktubu göndərdiyi bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB