Bu arada Çinin Fransadakı səfiri Lou Şaye Fransanın “LCI” telekanalına danışarkən Krımı “rus əsilli” adlandırmaqla, postsovet ölkələrinin suverenliyini şübhə altına alıb.
Aparıcının Krımı Ukrayna hesab edib-etməməsi sualını cavablandıran səfir deyib ki, “bu, problemi necə qəbul etməyinizdən asılıdır”.
Bundan sonra Şaye Krımın “əvvəldən rus” olduğunu bildirsə də, “başlanğıc” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Şaye həmçinin, keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadığını” da bildirib.
Çinliyə görə, çünki “onların suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”.
Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına reaksiya verib.
“Ya coğrafiya ilə bağlı aşkar problemlər var, ya da bu cür bəyanatlar Pekinin “beynəlxalq hüquq, BMT Nizamnaməsinin məqsəd və prinsipləri əsasında Ukraynada sülhün bərpası səyləri ilə bağlı” mövqeyi ilə ziddiyyət təşkil edir...
“Krım kimindir?” test sualı, həmişə olduğu kimi, göstəricidir. Növbəti dəfə “Vladivostok kimin?” sualını vermək yaxşı olardı. Sovet imperiyası artıq mövcud deyil. Hekayə davam edir”, - Omelçenko tvitter hesabında yazıb.
Xatırladaq ki, hələ martın ortalarında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı ilə “ərazi bütövlüyü prinsipinin mənasını” müzakirə etdiyini bildirib.
Onu da xatırladaq ki, Ukrayna saytlarının yazdığına görə, fevralda Çin müharibəni bitirmək üçün qondarma plan təqdim etdi, lakin sənəd həm Ukraynada, həm də Qərbdə şübhə ilə qarşılandı. Ekspertlərin fikrincə, Pekin sülh yolu ilə nizamlanma üçün heç bir yeni təşəbbüs irəli sürmür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB