Rusiya avro və dollarla ödənişlərdən tamamilə imtina etməyi planlaşdırır

Rusiya avro və dollarla ödənişlərdən tamamilə imtina etməyi planlaşdırır

Rusiya enerji resursları üçün ödənişlər zamanı milli valyutalara keçərək avro və dollarla ödənişlərdən tamamilə imtina etməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası baş nazirin müavini Aleksandr Novak bildirib.

Rusiya baş nazirinin müavininin dediyinə görə, bu gün yuan və rubla artıq ABŞ, eləcə də avrozonanın valyutalarından daha çox tələbat var.

Nazir müavinin fikrincə, bunun nəticəsində milli valyutalarda qarşılıqlı hesablaşmaların təkmilləşdirilməsi davam edəcək.

...Bu valyutalarla hesablaşmalarla bağlı mövcud problemləri nəzərə alsaq, biz faktiki olaraq yalnız milli valyutalara keçirik. Burada isə yuana, rubla tələbat var. Bu vektor davam edəcək, - deyən Novaka görə, son vaxtlar bir çox ölkələr Rusiyanın enerji resurslarının tədarükünə maraq göstərir, ona görə də yalnız milli valyutalarda ola biləcək hesablaşma mexanizminin yaradılmasına ehtiyac var.

Yeri gəlmişkən, Novak, qaz və neft üçün Çinlə hesablaşmaların artıq yuan və rublla aparıldığını deyib.

Xatırladaq ki, Rusiya Latın Amerikası ölkələri ilə hesablaşmalarda milli valyutalara keçməyi planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə