İtaliyanın müdafiə naziri Ukrayna ilə bağlı danışıqlara çağırıb

İtaliyanın müdafiə naziri Ukrayna ilə bağlı danışıqlara çağırıb

...Ukraynadakı münaqişə yalnız birbaşa sülh danışıqları yolu ilə həll edilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, İtaliya Müdafiə Nazirliyinin rəhbəri bu barədə şənbə günü, aprelin 22-də “La Stampa” qəzetinə müsahibəsində danışıb.

Krosettonun fikrincə, hərbi əməliyyatlara son qoymağın sadəcə olaraq başqa yolu yoxdur.

...Bizim edə biləcəyimiz yeganə şey müharibəni bitirmək deyil, qarşıdurmanı dayandırmaq və bir-biri ilə danışmayan iki həmsöhbəti eyni masada oturtmağa çalışmaqdır.

Krosetto İtaliyanın Kiyevə hərbi yardımı davam etdirəcəyini, lakin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdlərini tərk etməyəcəyini də vurğulayıb. Maraqlıdır ki, o, Romanın bu missiyasını yanğınsöndürən rolu ilə müqayisə edib.

Qeyd edək ki, Krosetto, BMT-nin belə bir funksiyanı- yanğınsöndürən funksiyasını itirdiyinə də diqqət çəkib.

Yeri gəlmişkən, bundan əvvəl İtaliya prezidenti Sercio Mattarella rus ədəbiyyatı və incəsənətinə münasibətdə “mədəniyyətin ləğvinin” səhv jest olduğunu bildirmişdi.

Belə ki, siyasətçi Ukraynada münaqişə başlayandan sonra baş verən mədəni tədbirlər proqramlarında rus əsərlərindən imtina hallarına münasibət bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə