ABŞ və Avropa İttifaqı Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edilir
Türkiyə hakimiyyətinin ABŞ və Avropa dövlətləri ilə qarşıdurmaya başlaması üçün yaxşı səbəbləri var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Vzqlyad” yazır.
Nəşrin köşə yazarı Dmitri Bavyrin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamlarından biri olan Süleyman Soylunun çıxışını təhlil edib. Qeyd edək ki, Soylu çıxışında ABŞ və Avropa İttifaqını şiddətlə qınayıb, onları Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edib.
Rusiyalı yazar hesab edir ki, Ankaranın Vaşinqtonla qarşıdurmaya keçmək üçün qanuni əsası var.
Dmitri Bavyrin, bu gün Birləşmiş Ştatların sürətlə nüfuzunu itirməkdə davam etdiyini yazır. Onun fikrincə, bu gün bütün dünya Amerikaya dağıdıcı siyasətlərinə və xarici dövlətlərin ərazisində təşkil etdikləri qanlı müharibələrə görə nifrət edir.
Soylu iddia edir ki, ABŞ və Avropa Türkiyədə konstitusiya quruluşunu dəyişdirmək cəhdlərinin təşəbbüskarı olmaqla yanaşı, bu ölkədəki terror qruplaşmalarının maliyyələşdirilməsi və təşkili də olublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB