Ukrayna Rusiya ordusunun mayın 9-u ölkəyə kütləvi raket hücumu edəcəyini istisna etmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Nataliya Qumenyuk açıqlayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları hazırda sözügedən tarixdə hücum üçün raket toplaya bilər.
O, bununla belə hücumun daha tez baş verə biləcəyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB