Türkiyə Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum dünən axşam saatlarında TRT Haber ekranlarında maraq doğuran mövzuları dəyərləndirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir yerlərdə kirayə artımını yüzdə 25 ilə məhdudlaşdıran və iyulun 1-də bitəcək tənzimləməni uzadacaqlarını açıqlayıb.
Nazir bunu 7-ci aydan sonra uzadacaqlarını və bazar şərtlərindən orta qiymət olarsa, vətəndaşları qoruyacaqlarını bildirib.
Həmçinin, nazir Murat Kurum bunları qeyd edib: “Bir tərəfdən faktiki olaraq bazarı tarazlayırıq. 250 minlik sosial mənzillə ilk evini alacaq şəxslərə də kredit veririk. Bütün bunlar təklifi artırmaq üçün işləyir. Qiymətin 25 faizini keçməmək tənzimləməsi 2022-ci ilin iyununda qəbul edilmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB