Kolumbiyada mədəndə baş verən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb. SİA EFE agentliyinə istinadla xəbər verir ki, xilasedicilər Cucunuba bələdiyyəsində kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşən 4 şaxtaçının cəsədini tapıblar. Daha əvvəl 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.
İlkin məlumata görə, cümə axşamı baş verən partlayışa səbəb qaz yığılması olub. Hadisə baş verən zaman içəridə 11 mədənçi vardı.
Keçən ilin dekabrında milli dağ-mədən agentliyi mədəndə işlərin müvəqqəti qadağan edilməsi barədə göstəriş veribmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB