Türkiyədə AK Partiyanın daha bir ofisinə silahlı hücum olub

Türkiyədə AK Partiyanın daha bir ofisinə silahlı hücum olub

Türkiyənin Ədalət və İnkişaf Partiyanın Bahçelievlerdəki ofisinə silahlı basqın edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərargah motosikletdən atəşə tutulub. Bu barədə partiyanın İstanbul rayon sədri Osman Nuri Kabaktepe məlumat verib.

“Bahçelievler Kocasinan Əlaqə Bürosu qarşısında silahlı hücuma cəhdi şiddətlə qınayıram. Bizim ən böyük təsəllimiz hücumda ölən və yaralananların olmamasıdır”, - deyə o, bildirib.

Xatırladaq ki, aprelin 20-də Adananın Çukurova mahalında Ədalət və İnkişaf Partiyası binasına silahlı hücum olub. Binanın qarşısına gələn silahlı şəxs partiya qərargahına atəş açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə